ABŞ prezidenti Co Bayden NATO sammitindən dərhal sonra Ukraynanı dəstəkləyən və demokratiya dəyərlərini müdafiə edən bəyanatla çıxış edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Alyans liderlərinin görüşü iyulun 11-dən 12-dək Vilnüsdə keçirilməlidir.

The Washington Post-un daha əvvəl yazdığı kimi, Bayden Ukraynaya kaset sursatlarının tədarükünü təsdiqləyib. Qəzetin yazdığına görə, söhbət 155 mm-lik haubitsalar üçün M864 artilleriya mərmilərindən gedir. Mərmilərin Pentaqonun ehtiyatlarından götürüləcəyi dəqiqləşdirilir.