Meksika körfəzi sahillərində Nohoch Alfa neft platformasında partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Meksikanın “Tribuna Campeche” nəşri məlumat yayıb. Partlayış nəticəsində 5 nəfər yaralanıb, ümumilikdə qayıqda 180 nəfər olub. 

Ppartlayış Meksikanın Kampeçe ştatı yaxınlığında baş verib . Onun baş vermə səbəbi açıqlanmır. İndi bütün insanlar dəstək gəmilərində Akal Golfo platformasına təxliyə edilir.