Rusiyalı futbol hakimi Daniil Şemetov iyulun 4-də Ukraynada gedən müharibə zamanı öldürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) rəsmi saytında məlumat verilib.

Baş hakimin 31 yaşı var idi.

"RFU Daniil Şemetovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və hakimin ailəsinə lazımi köməklik göstərəcək", - mesajda deyilir.

Şemetov 2019/20 mövsümündən İkinci Liqada çalışıb. Bu müddət ərzində o, 41 oyun keçirib.