Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Haluk Bayraktar öz “Twitter” səhifəsində paylaşım edib.

“Cənab prezident Zelenski, dost ölkə Türkiyəyə xoş gəlmisiniz. Ukrayna üçün ədalətli sülh və məsələnin daimi həlli ilə bağlı apardığınız və dünyaya nümunə olan mübarizənizi ürəkdən dəstəkləyirəm”, - deyə o paylaşımda qeyd edib.