"Vaşinqtonun kasetli sursatları Ukraynaya ötürməsinə sərt cavab veriləcək". 

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Qriqori Karasin deyib.

"Ukrayna ətrafında eskalasiyaya doğru yeni addım. Cavab çox sərt olacaq. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət getdikcə təşviş doğuran və anlaşılmaz olan birtərəfli qərarlardan vəziyyətin hara getməsi ilə bağlı ciddi narahatlıqlar doğuran məsələni qiymətləndirəcək”, - Karasin bildirib.

Bundan əvvəl Ağ Evin sözçüsü ABŞ-ın Ukraynaya kasetli bombaların ötürülməsinə başlayacağını açıqlamışdı.

Nuranə Abbasova