“Ukrayna NATO üzvü olmağa layiqdir”. 

“Unikal” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra deyib.

“Şübhəsiz, Ukrayna NATO üzvlüyünə layiqdir. Lap əvvəldən ölkəmiz Ukrayna ilə həmrəylik nümayiş etdirib və ona müxtəlif sahələrdə yardım edib. Türkiyə müharibənin beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə başa çatdırılması üçün ən intensiv səy göstərən ölkə olub”, - deyə Ərdoğan qeyd edib. 

O həmçinin bildirib ki, tərəflər arasında məhbusların mübadiləsi istiqamətində işlər aparılır.

Onun fikrincə, münaqişə tərəfləri arasında sülhün əldə olunmasında uduzan olmayacaq:

“Bizim səmimi istəyimiz hər iki tərəfin fikir ayrılıqlarına baxmayaraq, sülhə qayıtmasıdır”.

Nuranə Abbasova