Ukrayna prezidenti Volodimir Zelenski Odessa vilayətində yerləşən İlan adasına gedib.

“Unikal” xəbər verir ki, bu barədə görüntüləri o, teleqram kanalında paylaşıb. Kadrlarda Ukrayna lideri prezidentin ofis rəhbəri Andrey Yermak və bir neçə nümayəndə ilə sürətli qayıqla adaya daxil olub. Onlar gülləkeçirməz jilet geyiniblər. 

2022-ci il fevralın sonunda Rusiya Silahlı Qüvvələri İlan adasına nəzarəti ələ keçirsə də, iyunun 30-da ölkənin Müdafiə Nazirliyi qarnizonun geri çəkildiyini elan etdi. Nazirlik belə bir qərarın Rusiya tərəfinin BMT-nin Ukrayna kənd təsərrüfatı məhsullarının ixracını təşkil etmək səylərinə müdaxilə etmədiyini göstərmək üçün verildiyini izah etmişdi. 

Nuranə Abbasova