“Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin dublyoru var. 

“Unikal” xəbər verir ki, belə bir iddia ilə “The New York Times” çıxış edib. Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi deyib ki, Priqojin qiyamdan sonra çox vaxt elə Rusiyada olub.

“Onun Belarusda olub-olmaması bəlli deyil - qismən ona görə ki, Priqojin hərəkətlərini gizlətmək üçün yəqin ki, dublyordan istifadə edir”, - deyə məlumatda bildirilir. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vaqner PMC” liderinin harada olması ilə bağlı sualı cavablandırmaqdan imtina edərək bildirmişdi ki, “hökumətin onun hərəkətini izləməyə nə imkanı, nə də arzusu var”. 

Nuranə Abbasova