İran polisi Zahedan şəhərində polis məntəqəsinə hücum edən 4 terrorçunu məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Zahedan polisi açıqlayıb. 

"Silahlı şəxslərin 16-cı polis bölməsində həyata keçirdiyi terror aktı nəticəsində iki polis həlak olub", - məlumatda deyilir. 

Məlumata görə, polis idarəsinin müşahidə qülləsinə daxil olan terrorçular nizamsız atəş açmağa başlayıblar: "Dörd silahlı terrorçunun hamısı polisin intensiv atəşi nəticəsində yerindəcə öldürülüb, onlardan 4 silah, 7 qumbara və bir neçə ölüm kəməri aşkar edilib".

***12:29

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində polis məntəqəsinə silahlı hücum olub.

“Unikal” “Tasnim”ə istinadən xəbər verir ki, hücum edən 2 nəfər kamikadze özünü partladıb. Onlar əvvəlcə polis idarəsinin gözətçi qülləsinə çıxıb və yuxarıdan polisə atəş açıblar. Nəticədə 1 polis nəfəri ölüb. Lakin daha sonra mühasirə olunduqlarını görüb özlərini partladıblar. 

Qeyd edək ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan Pakistan və Əfqanıstanla həmsərhəddir və Oman dənizindən kənarda uzun sahil xəttinə malikdir.

Nuranə Abbasova