Vaxtilə Amerikada yaşamış Çarlz Osborn 68 il dayanmadan hıçqırıb.

“Unikal” xəbər verir ki, 13 iyun 1922-ci ildə Nebraskada hıçqırmağa başlayan Osborn xəstəliyindən 1990-cı ildə qurtulub. Buna səbəb isə Çarlzın yıxıldıqdan sonra beyninin zədələnməsi olub. Osborn həkim müalicəsi sayəsində bu müddətdə cəmi 36 saat hıçqırıqsız yaşayıb.

Ona dünyanın hər yerindən hıçqırığının kəsməsi üçün məsləhətlər yazılmış məktublar göndərilib. Bu məktubların sayı təxminən 4 min ədəd olub. 1990-cı ildə Osbornun hıçqırığı anidən dayanıb. 

İki dəfə ailə qurub 8 uşaq atası olan Çarlz 1991-ci ildə 97 yaşında dünyasını dəyişib. Onun 430 milyon dəfə hıçqırdığı təxmin edilir.  

Nuranə Abbasova