Gürcüstanın paytaxtı Tbilisidə LGBT festivalına qarşı ənənəvi dəyərləri müdafiə edənlərin yürüşü başlayıb.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yüzlərlə insan Tbilisinin mərkəzində Vaja Pşavelanın abidəsi önünə toplaşıb.

Yürüş iştirakçıları Vaja Pşavelanın abidəsindən Lisi gölünə doğru hərəkət ediblər.

Daha sonra polis əməkdaşları festivala etiraz edən bir neçə nəfəri saxlayıb. Onlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma olub.  Saxlanılanların sayı barədə məlumat verilməyib. 

Nuranə Abbasova