Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Rişi Sunak deyib. O bildirib ki, ABŞ prezidenti Co Baydenin kaset bombalarının bu ölkəyə ötürülməsi ilə bağlı qərarına baxmayaraq, London Kiyevi ağır döyüş tankları və uzaq mənzilli silahlarla təchiz etməyə davam edəcək.

Eyni zamanda, baş nazir xatırladıb ki, Böyük Britaniya klaster mərmilərinin istehsalını və ya istifadəsini qadağan edən, habelə onlardan istifadənin qarşısını alan konvensiya imzalayıb.

Nuranə Abbasova