Ukraynalılar öz torpaqlarında azad və xoşbəxt yaşamaq, eləcə də öz gələcəklərini seçmək hüququ uğrunda mübarizə aparırlar. Ona görə də Rusiya ilə genişmiqyaslı müharibə başa çatdıqdan sonra dövlətimizin dərin transformasiyalara məruz qalacağı gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov açıqlayıb. 

O qeyd edib ki, indi bir az da irəli baxmaq lazımdır: "Xerson kimi yaşayış məntəqələrinin bir qismini artıq qaytarmışıq, geri qalanını da qaytaracağıq. Döyüşümüzün davamı beynəlxalq hüququn mücərrəd normaları uğrunda savaş deyil. Bu, gözəl torpağımızda azad və xoşbəxt yaşamaq, gələcəyi özümüz təyin etmək hüququ uğrunda gedən döyüşdür. Müharibədən sonra ya yeni Ukrayna yaranacaq, ya da yaranmayacaq". 

Ağarza Elçinoğlu