Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bununla bağlı məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında bildirib.

Aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, 69 yaşlı türkiyəli  aktyorda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı.

Xatırladaq ki, Özkan Uğur bir zamanların məşhur "Cennet mahallesi" serialında "Beter Ali" obrazını canlandırıb.