Ukraynanın Ternopil vilayətində polşalı diplomatların olduğu kortej qəzaya düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. 

Məlumata görə, Polşanın hərbi attaşe köməkçisi Voyçik Myaçeslav qarşıdan gələn zolağa çıxıb və orada dayanmış avtomobillə toqquşub. Avtomobili idarə edən Myaçeslavın köməkçisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, alkoqol və ya narkotik müayinəsi üçün test verməkdən imtina edib.

Ağarza Elçinoğlu