Paris Saint-Germain (PSJ) futbol klubu "Malyorka"nın yarımmüdafiəçisi Li Kanq İn ilə müqavilə imzalayıb. 

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytında qeyd olunub. 

Cənubi Koreyadan olan futbolçu ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin bazar dəyəri 22 milyon avrodur.

Ağarza Elçinoğlu