İyulun 9-da II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 6 abituriyent və 1 nəzarətçi müəllimdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Bundan əlavə, 2 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Üzərində mobil telefon aşkar olunanların nəticələri ləğv olunur və onlar müsabiqəyə buraxılmırlar. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.