İspaniya millisinin sabiq yarımmüdafiəçisi Luis Suares Miramontes 89 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, keçmiş futbolçunun ölüm xəbərini La Liqanın rəsmi “Twitter” hesabı yayıb.
Suares karyerası ərzində “Deportivo”, “Barselona”, “İnter” və “Sampdoriya”da çıxış edib. 1960-cı ildə o, “Qızıl top”u qazanıb.
Futbolçu kimi karyerasını bitirdikdən sonra Suares “İnter”, “Kalyari”, SPAL, “Komo”, “Deportivo”, “Albasete” və İspaniya millisini çalışdırıb.