Fransanın ifrat sağçı “Rekongista” partiyasının rəhbəri, prezidentliyə keçmiş namizəd Erik Zemmur hesab edir ki, ölkə köhnə istiqamətdə hərəkətini davam etdirərsə, İslam Respublikasına çevrilə bilər.

"Unikal" xəbər verir ki, o bunu onunla izah edib ki, gənc müsəlmanların əksəriyyəti İslam qanunlarının respublikanın qanunlarından üstün olduğuna inanır.

"Liderlərimiz islamçılıq adlandırdıqları şeylə mübarizə aparmaq üçün nə edirlər? Onlar daha çox İslam, daha çox məscid, daha çox imam təklif etməyə davam edirlər. Əgər bu istiqamətdə davam etsək, demoqrafik və demokratiyaya görə, Fransa bir gün İslam respublikasına çevrilə bilər. İslamın fəth dini olduğunu unutmamalıyıq”, - deyə o, bəyan edib.

Eyni zamanda, Zemmur qeyd edib ki, fransızlar istəsə, bu tendensiya dəyişə bilər.