Peru "Guillain-Barre" sindromu hallarının səbəbsiz artması səbəbindən 90 günlük milli sağlamlıq fövqəladə vəziyyəti elan edib.

"Unikal"  xəbər verir  ki,  bu barədə rəsmi hökumət qəzeti "El Peruano" məlumat yayıb.

Perunun səhiyyə naziri Sezar Vaskes Sançes bildirib ki, bu rejim ilk növbədə səlahiyyətlilərə bu cür halların müalicəsi üçün lazım olan 5000 ampula immunoqlobulini təcili almağa imkan verəcək. Əvvəllər baha olduğundan və əsas dərmanlar siyahısına daxil edilmədiyindən onları almaq mümkün olmayıb, o vurğulayıb ki, bu ehtiyatlar xəstələrin iki il lazımi pulsuz müalicə ilə təmin olunmasına kifayət edəcək. 

Peru Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin may ayına olan məlumata görə, ölkədə "Guillain-Barre" sindromunun 190-a yaxın hadisəsi aşkar edilib, onlardan dördü ölümcül olub. 147 nəfər sağalıb, 31 nəfərin müalicəsi stasionarda davam etdirilir.

Qeyd edək ki,"Guillain-Barre" sindromu (GBS) bir insanın immun sisteminin öz periferik sinirlərinə hücum etdiyi nadir bir vəziyyətdir. Sindrom hər yaşda olan insanları təsir edə bilər, lakin ən çox yetkinlərdə və kişilərdə olur. Tez-tez buna az bişmiş qidalarda, xüsusən də quş ətində baş verən infeksiya səbəb olur.

Sindromun yayılmasının səbəbləri hələ müəyyən edilməyib. Bir versiyaya görə, epidemiya mədə-bağırsaq traktının infeksiyası ilə əlaqələndirilir, çünki bəzi xəstələrdə əzalarda həssaslığın itirilməsi müvafiq simptomlardan əvvəl idi.

Gülayə Mecid