Şimali Koreya ABŞ-ni hava məkanını pozmaqda ittiham edib və Amerika kəşfiyyat təyyarəsini vurmaq hüququna malik olduğunu bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. 

Ölkənin Müdafiə Nazirliyinin hesabatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin strateji və elektron kəşfiyyat təyyarələri KXDR-in hava məkanını bir neçə kilometr məsafədə pozub. Bununla əlaqədar, departament Vaşinqtona 1969-cu ildə Amerikanın Aİ-121 təyyarəsinin Şimali Koreya üzərində səmada necə vurulduğunu xatırlamağı və səmanın təkrar pozulması halında oxşar hadisələrə yol verməməyi tövsiyə edib.

Ağarza Elçinoğlu