Çinin Quandun əyalətində uşaq bağçasına bıçaqlı hücum olub. 

“Unikal” “BBC”yə istinadla xəbər verir ki, azı 6 nəfər ölüb, 1 nəfər yaralanıb. 

Polis hadisəni törədən 25 yaşlı gənci saxlayıb. 

Ölənlərin yaşı və şəxsiyyəti açıqlanmayıb. Hüquq-mühafizə orqanları hücumun qəsdən planlaşdırıldığını bildiriblər. 

Nuranə Abbasova