Sosial şəbəkələrdə Azərbaycanda Məmməd və Mamed adlarına qadağa qoyulması ilə bağlı məlumat paylaşılıb. 2023-cü ildə həmin adların neçə uşağa verilməsi ilə bağlı araşdırma apardıq.

"Unikal"ın məlumatına görə, bu il Azərbaycanda 21 uşağa Məmməd adı verilib. Son 5 ildə isə 163 uşağa bu ad qoyulub. 2019-ci ildə 53, 2020-ci ildə 28, 2021-ci ildə 29, 2022-ci ildə isə 32 uşağa valideynləri Məmməd adı veriblər.

Mamed adına gəldikdə, 2023-cü ilin ötən dövrü ərzində yeni doğulan uşaqlara bu ad verilməyib. Son 5 ildə isə 12 uşağa bu ad qoyulub. 

Belə ki, 2019-da 1, 2020-də 4, 2021-də 5, 2022-də isə 2 körpəyə Mamed adı verilib.

Anar Kəlbiyev