Həftəsonu Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 8-9-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.