“Meta” korporasiyasının Tviter analoqu olan “Threads” tətbiqinin istifadəçilərinin sayı artıb.

“Unikal” xəbər verir ki, yeni tətbiqin istifadəçilərinin sayı 5 gün ərzində 100 milyon nəfərə çatıb.

“Meta”nın baş direktoru Mark Zukerberq “Threads”in iyulun 5-də istifadəyə verilməsindən sonra ilk dörd saat ərzində 5 milyon istifadəçi cəlb etdiyini açıqlamışdı. 

Həmin gün Tviterin sahibi Elon Mask bildirib ki, şirkəti “Meta”nı “Tviterin ticarət sirlərini və əqli mülkiyyətini sistemli, qəsdən və mənimsəmə” ittihamı ilə məhkəməyə vermək niyyətindədir. 

Nuranə Abbasova