İtaliyada nüfuzlu Resuttana mafiya klanının 18 üzvü həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Saxlanılan şəxslərin mafiya ilə əlaqəsi, hədə-qorxu ilə tələb etmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama və s. maddələri ilə istintaq aparılır.
16 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, qalan iki nəfər barəsində isə ev dustaqlığı cəzası verilib.
Gülayə Mecid