“Ukraynadakı münaqişənin sona çatması ölkənin NATO-ya üzvlüyünü asanlaşdıracaq”.
“Unikal” TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidentinin sözlərinə görə, Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansına üzv ölkələr NATO-nun müdafiə strukturlarının gücləndirilməsi, həmçinin tərəfdaşlara dəstək məqsədilə indiyədək qəbul edilmiş qərarları nəzərdən keçirəcəklər.
Ərdoğan əlavə edib ki, üzv ölkələr alyans ölkələrinin Ukraynaya dəstəyini nümayiş etdirəcək NATO-Ukrayna Şurasının iclasını təşkil edəcəklər.
“Biz əminik ki, müharibənin ədalətli və davamlı sülh yolu ilə tezliklə başa çatması Ukraynanın NATO-ya daxil olmasına töhfə verəcək”, - deyə Ərdoğan bildirib.
Nuranə Abbasova