"TikTok"da trendə çevrilən "Boat Jumping" adlı hərəkət 4 nəfərin ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, hadisə ABŞ-də qeydə alınıb.
"TikTok" fenomenləri sürətlə hərəkət edən qayıqlardan arxası üstə atılıb. Lakin bu hərəkəti həyata keçirən 4 nəfər suya düşəndən sonra boyunları qırılıb. Hərəkət edə bilməyən insanlar boğularaq ölüblər. Bu vəziyyət amerikalı səlahiyyətlilərin məsələ ilə bağlı istifadəçiləri xəbərdar etməsinə səbəb olub.