Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Qana millisinin müdafiəçisi Aleksander Cikunu transfer edib.
Fransa əsilli 29 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli futbolçunun son klubu Fransa "Strasburq"u olub. O, daha əvvəl bu ölkənin "Bastiya" və "Kan" komandalarında da çıxış edib.