Rusiya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri OPEC+ çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

"Unikal" xəbər verir ki, Sergey Lavrov və Faisal bin Farhan Al Saud da aktual beynəlxalq və Yaxın Şərq mövzularında “saatların sinxronizasiyası” keçiriblər.

Söhbət zamanı ən yüksək səviyyədə əvvəllər əldə edilmiş razılaşmalar, o cümlədən qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, mədəni-humanitar əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Bundan əlavə, Moskva və Ər-Riyadın Yaxın Şərqdə davam edən böhranların bütün iştirak edən tərəflərin qanuni maraqları nəzərə alınmaqla diplomatik yollarla həlli lehinə prinsipial yanaşmalarının üst-üstə düşdüyü və ya yaxın olduğu bildirilib.

Smolenskaya meydanında görüşün Moskvada Rusiya ilə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası arasında strateji dialoqun nazirlərin altıncı iclası çərçivəsində baş tutduğu xatırladılıb.