Doğuş səviyyəsinin aşağı olması səbəbindən Cənubi Koreyanın əhalisi 2070-ci ilə qədər indiki 52 milyondan 27 faiz azalaraq 38 milyona düşə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” Koreya Statistika İdarəsinə istinadən məlumat yayıb.  

"2020-ci ildə pik həddinə çatan Cənubi Koreya əhalisi  2041-ci ildə 40 milyona düşəcək".

Asiyanın dördüncü ən böyük iqtisadiyyatının ümumi məhsuldarlıq nisbəti ilə üzləşdiyini, bir qadının həyatı boyu dünyaya gətirdiyi uşaqların orta sayının 2022-ci ildə 0,78 səviyyəsinə enərək, 2,1 reproduksiya nisbətindən xeyli aşağı düşdüyünü qeyd  edilib. 

Koreya əhalisinin sayının azalması ilə əlaqədar departament ölkə sakinlərinin ümumi sayında əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır. 2023-cü ildə əhalinin 3,2%-ni və ya 1,64 milyonunu təşkil edən xarici rezidentlərin xüsusi çəkisinin 2040-cı ildə 4,3%-ə və ya 2,16 milyon nəfərə yüksələcəyi gözlənilir.