ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu Türkiyə parlamentində ratifikasiyaya təqdim etməyə hazır olduğunu bəyan etməsindən sonra açıqlama yayıb. 

“Unikal” xəbər verir ki, Ağ Evin yaydığı bəyanatda deyilir:

“Mən Türkiyə, İsveç və NATO Baş Katibinin bu gecə verdiyi açıqlamanı, o cümlədən prezident Ərdoğanın İsveçin üzvlük protokolunu təcili ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinə (Türkiyə Parlamenti) təqdim etmək öhdəliyini alqışlayıram. Mən prezident Ərdoğanla və Türkiyə ilə Avro-Atlantik bölgədə müdafiə və çəkindirməni gücləndirmək üçün işləməyə hazıram. Mən NATO-nun 32-ci müttəfiqi kimi İsveçin baş naziri Kristerssonla görüşü səbirsizliklə gözləyirəm. NATO-nun baş katibi Stoltenberqə təşəkkür edirəm”.

Nuranə Abbasova