Nepalın Solukhumbu bölgəsində göyərtəsində altı nəfərin olduğu “Manang Air” helikopteri qəzaya uğrayıb.

“Unikal” xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Helikopter Bhakanje kəndi yaxınlığında Çixandanda bölgəsində qəzaya uğrayıb. 

Helikopterdə olan insanların taleyi barədə məlumat yoxdur. Göyərtədiklərin Meksika vətəndaşları olduğu ehtimal edilir. Helikopter havaya qalxdıqdan 15 dəqiqə sonra onunla əlaqə kəsilib. 

Nuranə Abbasova