Amerikanın "qiyamət təyyarəsi" adlandırılan Boeing 747-E4B NATO sammitinin keçiriləcəyi Vilnüs şəhərinə eniş edib. 

"Unikal" "Flightradar24"ə istinadən xəbər verir ki, təyyarə iyulun 10-da günortadan sonra ABŞ-nin Merilend ştatının Kemp-Sprinqs şəhərindən havaya qalxıb və bu gün səhər paytaxta enib. 

Qeyd edək ki, "qiyamət günü"  təyyarəsi nüvə müharibəsi zamanı ABŞ prezidenti, müdafiə naziri və yüksək səviyyəli hərbi rəhbərliyin digər üzvləri üçün nəzərdə tutulub. Təyyarədə olan bütün avadanlıqlar nüvə partlayışının zərərli amillərindən qorunur. 

Məlumata görə, 1970-ci illərdən bəri ABŞ-də dörd belə təyyarə istehsal edilib.

Ağarza Elçinoğlu