Braziliya-Paraqvay sərhədinə yaxın fermada yaşayan "Don" ləqəbli narkobaron Antonio Motanın iqamətgahına basqın edilib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Motan polislərdən qaçaraq gizlənib. Müsadirə edilən iqamətgahda çıxanlar beynəlxalq ictimaiyyətin diqqətini çəkib. 

Belə ki, Motan fermada narkotik becərirmiş. Polisdən qaçmağı bacaran narkotik alverçisinin evində 6,1 milyon dollarlıq sərvət, lüks avtomobillər və çoxlu sayda helikopter ələ keçirilib.  

Müsadirə edilən avtomobillər arasında lüks idman avtomobilləri də var. Əməliyyat zamanı Motanın 8 köməkçisinin nəzarətə alınıb və bu şəxslərdən birinin polis, digərinin isə hərbçi olduğu öyrənilib.

30 yaşlı Motanın məşhur “Ata” filmində Korleone ailəsini təqlid etdiyi bildirilib. 

Gülayə Mecid