Ukraynanın NATO-ya daxil olması Avropanın təhlükəsizlik arxitekturası üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Rusiyanın tamamilə başa düşülən və ardıcıl mövqeyini bilirsiniz ki, Ukraynanın NATO-ya üzvlüyü Avropanın onsuz da bərbad vəziyyətdə olan təhlükəsizlik arxitekturası üçün çox mənfi nəticələrə səbəb olacaq və ölkəmiz üçün də mütləq şəkildə təhlükə və təhdid yaradacaq”, - deyə Peskov bildirib. 

Onun sözlərinə görə, belə vəziyyət Rusiyadan kifayət qədər başa düşülən və qəti reaksiya tələb edəcək.

Nuranə Abbasova