Cənubi Afrika Respublikasının qərbinə qar yağıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi hadisə Antarktidadan soyuq hava axınlarının sızması nəticəsində baş verib. 

Bildirilib ki, qərbi Capenin müxtəlif yerlərində 10 saatdan artıq qar yağıb, bir çox yollar buz bağlayıb. 

Bu, Cənubi Afrikada son 10 ilin ilk qarıdır. 

Rəsmilər anomal hava şəraitinin bir həftə davam edəcəyini açıqlayıb. 

Ağarza Elçinoğlu