Rusiyanın Moskva yaxınlığındakı Kaluqa vilayətində tanımadığı şəxslərdən siqaret istəyən gənc bıçaqlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı Yuri adlı oğlan bir qrup kişiyə yaxınlaşaraq siqaret istəyib. Sözügedən şəxslər oğlanı saç düzümünə görə təhqir edib. Bundan sonra onlar gəncə bıçaqla ağır xəsarətlər yetiriblər. Yuri ölümcül vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Polis hadisə ilə bağlı 2 nəfəri saxlayıb. 

Ağarza Elçinoğlu