Ağdamın “Qarabağ” klubunun futbolçusu Kevin Medina “Rizespor”la ilkin müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" qəzeti məlumat yayıb. Bildirilib ki, kolumbiyalı müdafiəçi bir neçə günə Rizeyə gedərək rəsmi müqaviləyə qol çəkəcək və komandaya qoşulacaq.
“Rizespor” növbəti mövsüm Türkiyə Superliqasında çıxış edəcək.
Xatırladaq ki, Kevin Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. Onun Ağdam klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.