"NATO hələlik "Vaqner" qrupunun Belarusda yerləşdirilməsinə dair heç bir əlamət görmür".
"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın sammitində deyib.
"Alyans vəziyyəti diqqətlə izləyir, bunun Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin edilməsi üçün nə qədər vacib olduğunu dərk edir", - o, ifadə edib.