ABŞ prezidenti Co Bayden bildirib ki, Ukraynanın münaqişə bitməmiş NATO-ya qəbul edilməsi Şimali Atlantika Alyansı ilə Rusiya Federasiyası arasında birbaşa toqquşma təhlükəsi yaradır.

“Unikal” CNN-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırda alyansda Ukraynanın indi, münaqişənin ortasında olan bir anda NATO-ya qəbul edilib-edilməməsi ilə bağlı yekdil fikir var.

“Müharibə olarsa, hamımız müharibədə iştirak edəcəyik. Əgər işlər belə olsaydı, biz Rusiya ilə müharibə edərdik”, - ABŞ prezidenti vurğulayıb.

Bundan əvvəl Ağ Ev bildirib ki, Co Bayden NATO-ya daxil olana qədər Ukraynada əlavə islahatların aparılmasında israrlıdır. 

Nuranə Abbasova