İranlı tələbələr hicab taxmaqdan imtina etdikləri üçün universitetə buraxılmırlar.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, İranda ən azı 60 tələbə dərsdən kənarlaşdırılıb. Təhsil müəssisələrinin rəhbərləri qızları “nalayiq görkəminə görə” qovmaqla hədələyib, həmçinin onlara sıfır qiymət veriblər.

Təhlükəsizlik qüvvələri tələbələri zorla sinif otaqlarından çıxararaq döyüblər. 

“Bizi hicab taxmaqdan imtina etdiyimiz üçün kütləvi şəkildə kampusdan qovurlar və son bir neçə gündə etiraz olaraq dinc etiraz aksiyası keçirdiyimizə görə vəhşicəsinə təqiblərə məruz qalmışıq”, - tələbələrdən biri deyib. 

Nuranə Abbasova