Türkiyənin Van şəhərinin Gürpınar rayonunda hərbi maşın minik avtomobili ilə toqquşub. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 13 əsgər yaralanıb.

Məlumata görə, yaralılar təcili tibbi yardım helikopteri və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu