Fransa artıq SCALP uzaqmənzilli raketlərinin Ukraynaya tədarükünə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
"İlk raketlər Fransa prezidenti Emmanuel Makronun bunu elan etdiyi anda çatdırılıb", - məlumatda qeyd olunub.
Bildirək ki, Fransa prezidenti Emmanuel Makron NATO-nun Vilnüs sammitində ölkəsinin Ukraynaya uzaqmənzilli raketlər göndərəcəyini açıqlayıb.
Ağarza Elçinoğlu