Qazaxıstan fövqəladə hallar nazirinin müavini Marat Kuldikov istefa verib. 

"Unikal" Tengrinews.kz-a istinadən xəbər verir ki, Kuldikov istefa verməmişdən əvvəl  ölkə rəhbəri Kasım-Jomart Tokayevi  Abay rayonunda baş verən yanğınlara görə tənqid edib. 

Xatırladaq ki, bundan əvvəl Kasım-Jomart Tokayev iyunun əvvəlində güclü meşə yanğınının baş verdiyi Abay rayonunda operativ qərargahın iclası zamanı Marat Kuldikovun hesabatını kəsmişdi. Prezident səlahiyyətli orqanların fövqəladə vəziyyətə münasibətindən, fövqəladə vəziyyətdə hərəkətlərindən hədsiz narazılığını bildirib.

Gülayə Mecid