Monreal Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma, qadınlarda yumurtalıq xərçənginin inkişaf riskini artıran peşələri müəyyən edib. 

“Unikal” xəbər verir ki, “Occupational & Environmental Medicine” jurnalında dərc olunan nəticələrə əsasən, alimlər 18-79 yaş arasında olan 1000-dən çox qadının sağlamlıq məlumatlarını təhlil ediblər. Onlardan 491-nə xərçəng diaqnozu qoyulub.

Məlum olub ki, onların əksəriyyəti on və ya daha çox il mühasib, bərbər, oftalmoloq və kosmetoloq kimi işləyənlərdir. 

Həmçinin satış, geyim və tikinti sənayesində çalışanlar da bu xəstəliyə qarşı həssasdır.

Geyim sənayesində uzunmüddətli iş xəstəliyin inkişaf riskini 85%, satış və ya pərakəndə satışda işləmək isə riskləri 45% və 59% artırır. 

Bərbərlər və kosmetoloqların ən çox kanserogen kimyəvi maddələrə, o cümlədən ammonyak, hidrogen peroksid, üzvi boyalara məruz qaldığı və bu səbəbdən xərçəng riskinin yüksək olduğu bildirilir. Bundan başqa, ofis işçilərinin oturaq işlərə görə yumurtalıq xərçənginə tutulma riski də daha yüksəkdir.

Eyni zamanda, peşəkar tibb bacısı kimi çalışan qadınların yumurtalıq xərçənginə tutulma riskinin az olduğu aşkar edilib. 

Nuranə Abbasova