Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitinin keçirildiyi Vilnüsə gedib.

"Unikal" xəbər verir ki, bu barədə onun mətbuat katibi Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.O, Zelenskinin sammitdə iştirak etməyəcəyini qeyd edib.

"Interfax-Ukraine"nin məlumatına görə, müdafiə naziri Oleksey Reznikov da hazırda Vilnüsdədir.

NATO Baş katibi Yens Stoltenberqin məlumatına görə, Zelenski bu gün liderlərin şam yeməyində iştirak edəcək, sabah isə NATO-Ukrayna Şurasının açılışı olacaq.

17:41

Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsə gedib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna lİderi və birinci xanım Yelena Zelenskaya Polşanın dövlət təyyarəsi ilə səfər ediblər. 

O, NATO-nun Vilnüs zirvəsində iştirak edəcək. 

Ağarza Elçinoğlu