Zahidan şəhərində molla rejiminə etiraz edən sünni din müəllimlərinin evləri hökumət qüvvələri tərəfindən dağıdılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, 2008-ci ildə Zahidan şəhərində sənədli icazə ilə müəllimlər üçün evlər tikilib.

Müəllimlər həmin torpaqlara görə müəyyən məbləğ də ödəyiblər. Lakin bu gün səhər saatlarında evlərin tikintisi qanunsuz adlandırılaraq, yerlə-yeksan edilib.

Zahidan şəhər bələdiyyəsinin rəhbərliyi isə bu evlərin aqibəti barədə xəbərsiz olduğunu bildirib.