Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb, hazırda pilotun axtarışları davam edir.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hadisə Saksoniya federal əyalətinin Qrimma şəhəri yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, helikopterin qalıqları Mulde çayında tapılıb. Hazırda hadisə yerində polis və xilasedicilər işləyirlər.

Bundesverin (Almaniya Silahlı Qüvvələri) nümayəndəsi qeyd edib ki, hələlik vəziyyəti şərh edə bilməz.