Yevlaxda avtomili aşıb, yaralananlar var.

"Unikal"ın  məlumatına görə, hadisə Xaldan qəsəbəsi yaxınlığında baş verib. "Mercedes" markalı maşın idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir kişi, 5 qadın, iki yaşlı oğlan uşağı və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan 7-si ambulator müalicəyə buraxılıb, 1-nin xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənin üzvləri və doğmalarıdır. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov